Lənkəranda zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb

Lənkəranda zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb

Lənkəranda avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb.

“Birxeber.Az”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Darquba kəndi ərazisində baş verib.

"QAZel" markalı yük avtomobili "Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri ilə toqquşub. Nəticədə "VAZ-2106" deformasiyaya uğrayıb.

FHN-nin Xüsusi xilasetmə hissəsinin xilasediciləri Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri - 1990-cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989-cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılovu sıxışıb qaldıqları avtomobildən çıxarıblar. Daha bir yaralı "QAZel" də sərnişin qismində olan Lerik rayonunun Hamarmeşə kənd sakini, 1965-ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.