Kreml: "NATO-nun hazırkı təlimləri göstərir ki, Qərbin anti-Rusiya siyasəti ən pik həddə çatıb"

Kreml: "NATO-nun hazırkı təlimləri göstərir ki, Qərbin anti-Rusiya siyasəti ən pik həddə çatıb"

NATO-nun hazırkı təlimləri göstərir ki, Qərbin anti-Rusiya siyasəti ən pik həddə çatıb.

“Report” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “Birinci kanal”ın efirində deyib.

O bildirib ki, Qərbin Rusiyaya qarşı təzyiqləri aradan qalxmayıb: “Bu temp bəzən aşağı düşür, bəzən yuxarı qalxır. İndi yəqin ki, pik həddə çatıb”.

Xatırladaq ki, NATO soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir. Təlimə 90 minə yaxın hərbçi cəlb edilib. “Steadfast Defender-2024” (“Sabit müdafiəçi-2024”) adı altında keçirilən builki təlimdə təyyarədaşıyanlardan tutmuş esmineslərə qədər 50-dən çox gəmi, həmçinin 80-dən çox qırıcı, helikopter və pilotsuz təyyarə, 133 tank, 533 piyada döyüş maşını daxil olmaqla ən azı 1100 döyüş maşını iştirak edir.

Təlimdə NATO ölkələri və alyansa üzv olmağa namizəd olan İsveç də iştirak edəcək. Mayın sonunadək davam edəcək manevrlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə edir.