Son 5 ildə Ukrayna Avropanın ən böyük silah idxalçısı olub

Son 5 ildə Ukrayna Avropanın ən böyük silah idxalçısı olub

2019-23-cü illərdə Ukrayna Avropanın ən böyük silah idxalçısı olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatında deyilir.

Hesabata əsasən Avropa dövlətlərinin silah idxalı 2019-23-cü illərdə 2014-18-ci illərə nisbətən 94 faiz çox olub. Ən azı 30 dövlət 2022-ci ilin fevral ayından Ukraynaya hərbi yardım kimi silahlar tədarük etdikdən sonra, Ukrayna 2019-23-cü illərdə Avropanın ən böyük silah idxalçısı və dünyanın dördüncü ən böyük silah idxalçısı olub.

2019-23-cü illərdə ABŞ tərəfindən Avropaya silah idxalı 55 faiz olub, bu da 2014-2018-ci illə müqayisədə 15 faiz çoxdur. Avropanın ən böyük tədarükçüləri idxalın müvafiq olaraq 6,4 faizini və 4,6 faizini təşkil edən Almaniya və Fransa olub.
"800-ə yaxın döyüş təyyarəsi və döyüş helikopteri də daxil olmaqla, bir çox bahalı silahların sifarişi ilə Avropa silah idxalında liderdir", SIPRI Silahların Transferi Proqramının baş tədqiqatçısı Pieter Vezeman deyib.

"Son iki ildə biz Rusiyanın Ukraynaya qarşı apardığı raket hücumu kampaniyası nəticəsində Avropada hava hücumundan müdafiə sistemlərinə daha çox tələbat var", o əlavə edib.