CAR səfiri: “Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir”

CAR səfiri: “Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir”

Azərbaycan siyasət, iqtisadiyyat, mədəniyyət, dini sahələrdə olduğu kimi idmanda da nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Cənubu Afrika Respublikasının (CAR) Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda Türkiyədəki səfir və iqamətgahı Ankarada yerləşir) Dipuo Berta Letsatsi-Dubau deyib.

O vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır və bu təqdirəlayiqdir: “Cənubi Afrika Respublikası olaraq biz də bunu təqdir edirik. Bakı dünyanın çoxlu sayda ölkəsini bir araya gətirən konfrans və sammitlərə ev sahibliyi edir, mühüm layihələrə imza atır. Bu çox böyük uğurdur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi fəallıq beynəlxalq aləmdə yüksək dəyərləndirildi. İnanıram ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) da uğurla keçəcək və nəticəsi yüksək qiymətləndiriləcək”.

Qeyd edək ki, bu ilin noyabr ayında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Xatırladaq ki, martın 6-da Bakıda İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) olub.