Rəhman Hümmətov: "Elektron əmtəə-nəqliyyat qaiməsi şəffaflıq yaradıb"

Rəhman Hümmətov: "Elektron əmtəə-nəqliyyat qaiməsi şəffaflıq yaradıb"

Martın 1-dən Azərbaycanda tətbiq olunan elektron əmtəə-nəqliyyat qaiməsi bölgədə məntəqələr arasında həyata keçirilən yükdaşımalarda şəffaflıq yaradıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Biz başa düşürük ki, bu sistemin tətbiqi dövlət qurumlarına müəyyən çətinliklər yaradır. Ancaq zaman keçdikcə, sistem təkmilləşdiridikcə, o faydalı olacaq", - deyə nazir müavini qeyd edib.