Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad edilib

Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad edilib

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” mənbələrə istinadən məlumat yayıb.

N.Evmenovu admiral Aleksandr Moiseyev əvəz edəcək. O, 3 may 2019-cu ildən Şimal Donanmasına komandanlıq edir.

Maraqlıdır ki, o, bu vəzifədə həmin gün Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı vəzifəsini icra edən Evmenovu əvəz edib.

Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanında dəyişikliklə bağlı rəsmi açıqlama verməyib.