Almaniyada dəmiryolçular iki gün tətil etmək niyyətindədirlər

Almaniyada dəmiryolçular iki gün tətil etmək niyyətindədirlər

Almaniya Maşinistlər İttifaqı “GDL” martın 11-dən 13-dək növbəti tətil elan edib.

“Birxeber.Az” xəbər verir ki, tətil Almaniyada dəmir yolu hərəkətini iflic edə bilər.

Həmkarlar ittifaqının saytında dərc edilmiş bəyanatda bildirilir ki, bazar ertəsi, martın 11-də, saat 18:00-da (Bakı vaxtı ilə 21:00) yük qatarının maşinistləri işlərini dayandıracaqlar.

Martın 12-də saat 02:00-da (Bakı vaxtı ilə 05:00) onlara sərnişin qatarlarını idarə edən həmkarları qoşulacaq. Onların etiraz aksiyası martın 13-ü saat 02:00-a qədər (Bakı vaxtı ilə 05:00) davam edəcək. Beləliklə, “GDL” tarif münaqişəsində Deutsche Bahn dəmir yolu konserninə təzyiqi artırmaq niyyətindədir.

Həmkarlar ittifaqı sürücülərin əmək haqqının ayda 555 avro artırılmasını, tam əmək haqqı saxlanılmaqla, növbəli işləyən işçilər üçün iş həftəsinin 38 saatdan 35 saata endirilməsini tələb edir. Danışıqlar ötən ilin noyabr ayının əvvəlindən davam edir.