"Liverpul" "Mançester Siti" ilə bərabərə qalıb

"Liverpul" "Mançester Siti" ilə bərabərə qalıb

Futbol üzrə İngiltərə çempionatının 28-ci turunda "Liverpul" "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə edib.

Birxeber.Az xəbər verir ki, görüş "Enfild" stadionunda keçirilib.

"Mançester Siti"nin heyətində Con Stounz fərqlənib (23-cü dəqiqə). "Liverpul"un heyətində Aleksis Makallister 50-ci dəqiqədə penaltidən qol vurub.

56-cı dəqiqədə "Mançester Siti"nin əsas qapıçısı Ederson zədə səbəbindən əvəzlənib.

Bu oyundan sonra "Liverpul" 64 xalla turnir cədvəlində 2-ci yerdədir.

28-ci turdan sonra çempionatın lideri martın 9-da "Brentford"a qalib gələn (2:1) "Arsenal" olub.

London komandası top fərqinə görə “Liverpul”u qabaqlayır. “Mançester Siti” 63 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti turda “Mançester Siti” “Arsenal”ı, “Liverpul” evdə “Brayton”u qəbul edəcək.

Görüşlər martın 31-də baş tutacaq.