Sabirabadda qəza zamanı ölənlərin və yaralının kimliyi məlum olub - YENİLƏNİB-3

Sabirabadda qəza zamanı ölənlərin və yaralının kimliyi məlum olub - YENİLƏNİB-3

Sabirabadda baş verən yol qəzasında ölənlərin və yaralının kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

Qəza zamanı “Chevrolet” markalı avtomobil Sabirabad rayonunun Zalqarağac kənd sakini 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə avtomobildə olan sərnişinlər Zalqarağac kənd sakinləri, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu, biri hadisə yerində digəri isə xəstəxanaya aparılarkən yolda ölüb.

“Mercedes” markalı avtomobilin sürücüsü Elməddin Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

***

13:45

Xəbərə foto əlavə edilib.

***

13:32

Sabirabadda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib. Qəza zamanı “Chevrolet” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər ölüb və bir nəfər xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

13:13

Sabirabadda yol qəzası baş verib, nəticədə ölən və yaralanan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

Qəza “Chevrolet” və “Mercedes” markalı avtomobillərin toqquşması səbəbindən baş verib. Qəza zamanı bir nəfər ölüb və bir nəfər xəsarət alıb. Yaralanan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.