Portuqaliyada parlament seçkiləri başlayıb

Portuqaliyada parlament seçkiləri başlayıb

Portuqaliyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb. Ölkə seçiciləri birpalatalı parlamentə 230 deputat seçməli olacaqlar.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə saat 23:00) qədər fəaliyyət göstərəcək. Səsvermənin ilkin nəticələrinin gecə saatlarında açıqlanması gözlənilir.

Əvvəlcə seçkilərin 2026-cı ilə planlaşdırılmışdı. Bununla belə, 2023-cü ilin noyabrında Portuqaliya Prezidenti Marselu Rebelu de Souza parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək niyyətində olduğunu açıqlayıb. Dövlət başçısı bu qərarı 2015-ci ildə Baş nazir olmuş sosialist Antoniu Kostanın yerli prokurorların litium hasilatı və hidrogen istehsalı layihələrində mümkün pozuntularla bağlı araşdırması fonunda istefa verdiyini elan etməsindən sonra verib.

Seçki ərəfəsində aparılan sorğular sağ mərkəzçi koalisiyanın Sosialist Partiyasından bir qədər üstün olduğunu və ifrat sağa dəstəyin artdığını göstərib. Lakin ola bilsin, heç bir siyasi qüvvə hökumətin maneəsiz formalaşdırılması üçün parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilməyəcək.