Zərdabda Qarasu çayının sahilində silah-sursat aşkarlanıb
Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilində silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd tapança, 34 patron və daraq aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.