Şuşaya qar yağıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Şuşa şəhərində səhər saatlarından başlayaraq yağan qar hazırda da davam edir.
Qarın hündürlüyü 3-4 santimetrə çatıb. Qarlı hava şəraiti Şuşa rayonunun dağ yollarında avtomobillərin hərəkətində çətinlik yaradıb.