Vatikan Papanın Ukrayna ilə bağlı müsahibəsinə aydınlıq gətirib: atəşkəsə çağırır, kapitulyasiyaya deyil

Vatikan Papanın Ukrayna ilə bağlı müsahibəsinə aydınlıq gətirib: atəşkəsə çağırır, kapitulyasiyaya deyil

Roma Papası Fransisk atəşkəsə və danışıqların bərpasına çağırır, Ukraynanın kapitulyasiyasına deyil.

“Report” “Vatican News”a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat zalının başçısı Matteo Bruni yepiskopun Ukrayna ilə bağlı birmənalı olmayan açıqlamalarına aydınlıq gətirərkən deyib.

“Papa “ağ bayraq” termini işlədir və cavabında müsahibəalanın irəli sürdüyü obrazdan hərbi əməliyyatların dayandırılmasını, danışıqların cəsarəti sayəsində əldə edilən barışığı ifadə etmək üçün istifadə edir. Müsahibənin digər yerində başqa bir münaqişə haqqında danışarkən, amma istənilən bütün münaqişələri nəzərdə tutaraq, Papa açıq şəkildə deyib: “Danışıqlar heç vaxt kapitulyasiya deyil”, – Vatikanın sözçüsü izah edib.

Xatırladaq ki, Lorentso Bukkellanın Roma Papası Fransiskdən aldığı intervüdə pontifik Rusiya – Ukrayna müharibəsindən bəhs edərkən “ağ bayraq”, “məğlub edilmiş” kimi birmənalı qarşılanmayan ifadələrə müraciət edib.