“ASCO Arena”nın işıqlandırma sistemi ilə bağlı təmir işləri davam edir

“ASCO Arena”nın işıqlandırma sistemi ilə bağlı təmir işləri davam edir

“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın işıqlandırma sistemi ilə bağlı təmir işləri davam edir.

Bu barədə "Report"a Bakı klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O bildirib ki, bir müddətdir yaranmış problemin həlli üçün arenada çalışmalar aparılır: “Transformatorun sıradan çıxmasından sonra təmir işləri davam edir. Bu prosesin konkret hansı tarixdə yekunlaşacağı hələ bəlli deyil”.

Qeyd edək ki, işıqlandırma sistemindəki problem ucbatından “Səbail” Premyer Liqanın son iki ev oyununu (XIV tur - “Kəpəz” 0:0, XVII tur - “Qəbələ” 3:0) və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin (“Şamaxı” 4:0) matçını günorta saatlarında keçirib.