Berlində avtomobil piyadaların üzərinə sürülüb, ölən və yaralananlar var

Berlində avtomobil piyadaların üzərinə sürülüb, ölən və yaralananlar var

Almaniyanın paytaxtı Berlinin mərkəzində avtomobilin yoldan keçənləri vurması nəticəsində bir nəfər ölüb, azı altı nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, insident Bakı vaxtı ilə saat 13:00 radələrində ticarət mərkəzinin yaxınlığında, hərəkətin gediş-gəlişi olan Layptsiger-ştrassedə baş verib. Naməlum səbəbdən avtomobil səkiyə çıxıb və uşaq arabası ilə 41 yaşlı qadını vurub. O, daha sonra xəstəxanada keçinib, 4 yaşlı uşağın vəziyyəti ağır kimi qiymətləndirilir və o, təcili əməliyyat olunub.

Avtomobili 83 yaşlı kişi idarə edirdi. Onu da xəstəxanaya aparıblar, ona ambulator yardım göstərilib və analiz üçün qanı götürülüb. Onun hərəkəti ucbatından ərazidə daha iki avtomobil toqquşub. Avtomobillərdən birinin sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri dəqiqləşdirilir.