Ferstappen Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub

Ferstappen Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi olub

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisində qalib olub.

“Birxeber.Az” xəbər verir ki, onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü “Ferrari”dən monakolu Çarlz Lekler bağlayıb.

“Ferrari”nin ispan pilotu kiçik Karlos Sayns yarışı buraxıb. Cümə günü məlum olub ki, idmançının appendiksini çıxarmaq üçün əməliyyat olunub. Onu 18 yaş 305 gündə Formula 1-də debüt edən britaniyalı Oliver Berman əvəzləyib.

Formula 1-in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.