Ceyhun Bayramov Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri ilə görüşüb

Ceyhun Bayramov Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri ilə görüşüb

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri Şunsuke Takei görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu, coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb.

Görüşdə siyasi məsləhətləşmələr mexanizminin, habelə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb. Bu xüsusda, alternativ enerji mənbələrindən istifadənin potensialının artırılması, iri investorlar üçün münasib olan Ələt Azad İqtisadi Zonasına sərmayə qoyuluşu istiqamətində əməkdaşlıq imkanlarından bəhs edilib. İşğaldan azad olunmuş ərazilərdə Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakı təşviq olunub.

Nazir Ceyhun Bayramov, həmkarına bölgədə mövcud cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verib. Nazir, eyni zamanda ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan söz açıb.

Görüşdə tərəflər, Yaponiyanın 2023-cü ildə BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində mümkün əməkdaşlıq, həmçinin qlobal bə regional aktual mövzular və təhdidlər ətrafında fikir mübadiləsi aparıb.

Xarici siyasət Xarici siyasət
Ankara Universitetinin rektoru: “Ağrılı günlərimizdə Azərbaycanla işbirliyimiz oldu”

Ankara Universitetinin rektoru: “Ağrılı günlərimizdə Azərbaycanla işbirliyimiz oldu”

Xarici siyasət Xarici siyasət
Emoməli Rəhmon: "Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi malik olduğumuz potensiala uyğun deyil"

Emoməli Rəhmon: "Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi malik olduğumuz potensiala uyğun deyil"

Xarici siyasət Xarici siyasət
Aleksandar Vuçiç: "Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizin təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq"

Aleksandar Vuçiç: "Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizin təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq"

Xarici siyasət Xarici siyasət
BMT azad olunan ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdır

BMT azad olunan ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdır

Xarici siyasət Xarici siyasət
Azərbaycan Qlobal Parlament Forumunda iştirak edəcək

Azərbaycan Qlobal Parlament Forumunda iştirak edəcək

Xarici siyasət Xarici siyasət
Əziz Ələkbərli: “Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”

Əziz Ələkbərli: “Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”

Xarici siyasət Xarici siyasət
XİN rəhbəri: “Azərbaycan hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olub”

XİN rəhbəri: “Azərbaycan hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olub”

Xarici siyasət Xarici siyasət
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Xarici siyasət Xarici siyasət
Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib”

Fuad Hüseynəliyev: “Lavrovun KTMT missiyası yerləşdirilməsi ilə bağlı təklifi reallaşmaq imkanını itirib”

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev və İsrail XİN-in baş direktoru arasında telefon danışığı olub

Hikmət Hacıyev və İsrail XİN-in baş direktoru arasında telefon danışığı olub

Xarici siyasət Xarici siyasət
MM-in komitə sədri: "Azərbaycan səfirliyinə hücuma görə birbaşa İran məsuliyyət daşıyır və cavab verməlidir"

MM-in komitə sədri: "Azərbaycan səfirliyinə hücuma görə birbaşa İran məsuliyyət daşıyır və cavab verməlidir"

Xarici siyasət Xarici siyasət
Avropa Şurasının Bakı Ofisinin rəhbəri Azərbaycana təşəkkür edib

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Azərbaycana təşəkkür edib