EDARA prezidenti: İslamofobiyaya qarşı mübarizə dialoq yolu ilə aparılmalıdır

EDARA prezidenti: İslamofobiyaya qarşı mübarizə dialoq yolu ilə aparılmalıdır

İslamofobiya ilə mübarizə mövzusunda konfransın keçirilməsi bu təzahürün kökünü kəsmək və dialoq vasitəsilə dünyada qarşılıqlı anlaşmanı gücləndirmək üçün məqsədyönlü tədbirlər üçün tövsiyələrin hazırlanması ümididir.

Bu barədə "Birxeber.Az"a açıqlamasında Belçikada yerləşən Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının (EDARA) Baş direktoru Brahim Laytuss deyib.

O bildirib ki, islamofobiya təkcə islama və müsəlmanlara qarşı irrasional qorxu deyil, həm də sosial təzahürdür: “İslamofobiya mürəkkəb problemdir və siyasi həllər tələb edən siyasi ölçüləri də özündə ehtiva edir. Amma hər şeydən əvvəl biz müxtəlif fikirləri bir araya gətirmək üçün çalışa biləcəyimizə ümid edirik, çünki Avropanın müsəlman vətəndaşları üçün dialoqu davam etdirmək çox vacibdir. Gələcəkdə dialoq vasitəsilə fikir ayrılıqlarını aradan qaldırmaq üçün işi davam etdirməyi səbirsizliklə gözləyirik”.

B.Laytuss islamofobiya ilə mübarizədə Azərbaycanın səylərinin vacibliyini qeyd edib: “Konfransda islamofobiya ilə necə mübarizə aparacağına dair müxtəlif fikirlər var. Bu da faydalıdır - dialoqun əsasıdır. Alimlərin, siyasətçilərin, ekspertlərin buraya toplaşması bu tədbirə böyük dəyər qatır”.

“Ümid edirik ki, islamofobiya ilə mübarizəni davam etdirmək üçün tövsiyələr hazırlaya bilərik və dialoqdan insanları bir araya gətirmək üçün bir vasitə kimi istifadə edə bilərik. Bu, gələcəkdə müsbət dəyişikliklərə ümid verir. Əks halda, qütbləşmə və qarşıdurma vəziyyətində olacağıq. Bu problemin həllinə kömək edəcək qarşılıqlı anlaşma, dialoq və getdikcə daha çox fərqli şeylərə ehtiyacımız var”, - o vurğulayıb.