Paris İslam elmləri fakültəsinin direktoru: Fransada müsəlmanlar ayrı-seçkiliyə məruz qalırlar

Paris İslam elmləri fakültəsinin direktoru: Fransada müsəlmanlar ayrı-seçkiliyə məruz qalırlar

Fransada yaşayan müsəlmanlar müəyyən yerlərdə təzyiqlərə və ayrı-seçkiliyə məruz qalırlar.

"Report" xəbər verir ki, bunu Paris İslam Elmləri fakültəsinin direktoru Nurredine Belhout Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan "Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması" adlı paneldə çıxışında deyib.

O vurğulayıb ki, Azərbaycan islamofobiyadan zərər çəkib: "Ölkənin ərazi bütövlüyü və suverenliyi pozulmuşdu. Bunun özü də böyük ədalətsizlikdir".

N.Belhout xatırladıb ki, Azərbaycan dünyəvi dövlətdir: "Buna baxmayaq müsəlman ölkəsi olduğundan ədalətsiz münasibətlə qarşılaşır. Məqsədimiz baş verənlərin qarşısını almaqdır. Hər şeyi ağ və qara rəngdə görmək lazım deyil".