Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən APA-ya verilən məlumata görə, məhkum Ülvi Baba oğlu Cəfərova tanışı Hüsaməddin Əbülfəz oğlu Rzayev tərəfindən gətirilmiş sovqatdakı ayaqqabının içində gizlədilmiş bükülüdə 3,670 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.