Bakı-Sumqayıt yolunda avtomobil aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda avtomobil aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

08.03.2024-cü il tarixində saat 18:13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsilə bağlı çağırış daxil olub.

Bu barədə TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan 3 nəfər şəxs (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) qapalı kəllə-beyin travması ilə xəstəxanalara hospitalizasiya olunub.

Xəsarət alan 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Hər birinə zəruri tibbi xidmətlər göstərilib.

***

Saat 18:34

Bakı-Sumqayıt yolunda avtomobil aşıb.

Birxeber.Az xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib.

Nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alanlar var.

Əraziyə DYP əməkdaşları və təcili tibbi yardım briqası cəlb edilib. Qəza səbəbindən yolda sıxlıq yaranıb.