Sudanlı diplomat: Azərbaycanın COP29 kimi tədbilərə ev sahibliyi etmək təcrübəsi var

Sudanlı diplomat: Azərbaycanın COP29 kimi tədbilərə ev sahibliyi etmək təcrübəsi var

Azərbaycanın bu ilin noyabrında keçiriləcək COP29 kimi tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər təcrübəsi var, bu sahədə ixtisaslaşıb.

Bu barədə "Report"a açıqlamasında Sudanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Əbdül Halim Mahmud deyib.

Onun sözlərinə görə, Azərbaycan ötən illər ərzində bir çox beynəlxalq və regional tədbirlərə ev sahibliyi edib və çox uğurlu olub: "Hesab edirəm ki, Azərbaycan bu ilin noyabrında keçiriləcək COP29-a ev sahibliyi etmək üçün kifayət qədər hazırlıqlıdır. Bu konfransa ev sahibliyi etmək üzərində rəqabət böyük idi və qalib olmaq heç də asan deyildi. Biz bunu keçən ildən bilirik. Bəli, mən bu nailiyyətə görə bir daha Azərbaycan hökumətini və xüsusilə də Prezident İlham Əliyevi təbrik etmək istəyirəm. Əminəm ki, çox uğurlu və unikal təşkilatçılıq olacaq".