"Qəbələ" israilli futbolçu ilə yollarını ayırıb

"Qəbələ" israilli futbolçu ilə yollarını ayırıb

“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.

"Birxeber.Az"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən legioner qırmızı-qara formada 23 matç keçirib.

G.Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.