Birxeber.az / "Qəbələ" israilli futbolçu ilə yollarını ayırıb

"Qəbələ" israilli futbolçu ilə yollarını ayırıb

8-03-2024, 14:40

“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.

"Birxeber.Az"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən legioner qırmızı-qara formada 23 matç keçirib.

G.Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Geri qayıt