Afzal Xan: Britaniyada müsəlmanların 35 faizi hücumlara məruz qalıb

Afzal Xan: Britaniyada müsəlmanların 35 faizi hücumlara məruz qalıb

Britaniyada müsəlmanların 35 faizi hücumlara məruz qalıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Böyük Britaniya müsəlmanlarının təmsilçisi Afzal Xan (Afzal Khan) Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Böyük Britaniyada müsəlmanlar yoxsulluq içərisində yaşayırlar, onlar iş üçün müraciət edirlər, ancaq rədd cavabı alırlar: "Müsəlmanlardan hansınınsa adı Məhəmməddirsə, həmin şəxs fərqli yanaşma ilə üzləşir. Britaniyada müsəlmanların 32 faizi dominantlığa məruz qalacaqlarını başa düşür. Digər insanlar isə müsəlmanların ölkəni işğal etmək niyyətində olduğunu düşünür”.

A.Xan bildirib ki, son hesabatlara əsasən, Britaniyada müsəlmanların 35 faizi hücumlara məruz qalıb: “Təəssüf ki, Britaniya Mühafizəkar Partiyası göstərdi ki, islamofobiya onlar üçün qəbul, hətta təşviqolunandır. İslamofobiya ilə mübarizə həm də irqçiliyə və ayrıseçkiliyə qarşı mübarizədir. Bu mübarizəyə Qərbdən dəstək gəlməlidir. Azərbaycanın bu istiqamətdə təşkil etdiyi tədbir çox faydalıdır”.