“Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub

“Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub.

"Birxeber.Az" ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, mexanizmləri təmizlənərək rənglənib.

Həmçinin gəminin baş mühərrikləri, soyuducuları, nasosları və digər mexanizmləri təmir olunub, iki ədəd köməkçi mühərrik isə dəyişdirilib. Gəmidə gövdə-qaynaq, boruquraşdırma, avtomatika və elektrikquraşdırma işləri ilə yanaşı, köməkçi buxar qazanında və köməkçi qazanda təmir işləri həyata keçirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir tip “İnmarsat-C” peyk rabitə terminalları, orta/qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radio mayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları, NAVTEKS cihazı, girokompas quraşdırılıb.

Bundan başqa, sərnişin kayutları, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib. Sınaq üzüşündən uğurla çıxan “Bəstəkar Fikrət Əmirov” gəmisi artıq istismara qaytarılıb.

Təmirdən sonra gəminin ilk səfərinin “Türkmənbaşı” limanına həyata keçirilməsi planlaşdırlır.

İnfrastruktur İnfrastruktur
Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

İnfrastruktur İnfrastruktur
Emin Hüseynov: "Qarabağa köç davamlı bir prosesə çevriləcək"

Emin Hüseynov: "Qarabağa köç davamlı bir prosesə çevriləcək"

İnfrastruktur İnfrastruktur
Dövlət başçısı: "Şuşanın tarixi simasını bərpa etməliyik"

Dövlət başçısı: "Şuşanın tarixi simasını bərpa etməliyik"

İnfrastruktur İnfrastruktur
Bakının 2030-cu ilə qədər regional inkişaf planı hazırdır

Bakının 2030-cu ilə qədər regional inkişaf planı hazırdır

İnfrastruktur İnfrastruktur
Ekspert: “Azərbaycan minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir”

Ekspert: “Azərbaycan minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir”

İnfrastruktur İnfrastruktur
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 19 % artıb

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 19 % artıb

İnfrastruktur İnfrastruktur
ADY Astanada “Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatını keçirib

ADY Astanada “Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatını keçirib

İnfrastruktur İnfrastruktur
BNA Bakıda sərnişin daşımalarında olan maneələri açıqlayıb

BNA Bakıda sərnişin daşımalarında olan maneələri açıqlayıb

İnfrastruktur İnfrastruktur
“AYNA” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

“AYNA” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

İnfrastruktur İnfrastruktur
İsmayıllının Diyallı kəndinin yolları bərbad vəziyyətə düşüb

İsmayıllının Diyallı kəndinin yolları bərbad vəziyyətə düşüb

İnfrastruktur İnfrastruktur
“AirBaltic” Bakıya uçuşları bərpa edəcək

“AirBaltic” Bakıya uçuşları bərpa edəcək

İnfrastruktur İnfrastruktur
Anar Quliyev: "Qarşıdakı 20 il üçün Qarabağ və Şərqi Zəngəzurun ümumi planı hazırlanıb"

Anar Quliyev: "Qarşıdakı 20 il üçün Qarabağ və Şərqi Zəngəzurun ümumi planı hazırlanıb"