Rusiyada aviasiya zavodunda güclü yanğın başlayıb

Rusiyada aviasiya zavodunda güclü yanğın başlayıb

Rusiyanın Krasnoyarsk şəhərindəki aviasiya zavodunda güclü yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, 40-a yaxın insan sexdən təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan olmayıb.

Yanğın lokallaşdırılsa da, hələ söndürülməyib.

Hadisənin səbəbi müəyyənləşdirilir.