Bakının bir sıra yollarındakı məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

Bakının bir sıra yollarındakı məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan futbol qarşılaşması ilə əlaqədar olaraq bəzi küçələrdə avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Birxeber.Az"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhramov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində məhdudiyyət tətbiq edilmişdi.

21:34

Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib.

Bu barədə "Birxeber.Az"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhramov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən "Gənclik" m/st. istiqamətində məhdudiyyət tətbiq edilib.