İsveç NATO-ya üzv olub - YENİLƏNİB

İsveç NATO-ya üzv olub - YENİLƏNİB

İsveç NATO-nun 32-ci üzvü oldu.

Birxeber.Az xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

“Yerli vaxtla saat 17:30-a (Bakı vaxtı ilə 19:30) Baş nazir Ulf Kristersson alyansa üzv olmaq barədə müqaviləni ABŞ hökumətinə təqdim etdi", - deyə qeyd olunub.

Alyans rəhbəri Yens Stoltenberq martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimini elan edib.

***

Saat 16:32

İsveç bu gündən rəsmən NATO-nun üzvüdür.

Birxeber.Az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, İsveç 7 mart 2024-cü il tarixindən etibarən rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir.

Gələn həftənin bazar ertəsi günündən etibarən İsveçin dövlət bayrağı NATO-nun Brüssel şəhərində yerləşən qərargah-mənzilinin qarşısında qaldırılacaq.

Xatırladaq ki, dünən İsveçin Baş naziri Ulf Kristersson və xarici işlər naziri Tobias Billström Vaşinqtona səfərə yola düşüb. Onlar ölkənin Şimali Atlantika Alyansına üzvlük prosesini tamamlamaq üçün zəruri sənədləri imzalayıblar.