Naxçıvanda ötən il işə qəbul edilən həkimlərin sayı açıqlanıb

Naxçıvanda ötən il işə qəbul edilən həkimlərin sayı açıqlanıb

Naxçıvanda ötən il tibb müəssisələrində 60 həkim (10 uzman həkim) işə qəbul edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Samiq Sadıxov deyib.

O qeyd edib ki, 2022-ci ildə bu rəqəm 15 idi, həmin həkimlər VI kurs tələbələri olublar.

S.Sadıxov onu da bildirib ki, ötən il Naxçıvanda tibb müəssisələrinə 891 071 ambulator və 26 252 stasionar müraciət daxil olub. Nazir əvəzi söyləyib ki, 2022-ci ildə 769 971 ambulator və 22 849 stasionar müraciətlər daxil olmuşdu.