Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzaların sərtləşdirilməsinə dair layihə l oxunuşdan keçib

Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzaların sərtləşdirilməsinə dair layihə l oxunuşdan keçib

Milli Məclis uşaqlara və yeniyetmələrə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzaların sərtləşdirilməsinə dair layihəni birinci oxunuşda təsdiqləyib.

"Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında l oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Məcəllənin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin hazırki variantında isə qeyd edilib ki, bu əməlləri törədənlər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər bir dəyişikliklə isə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə eyni əməllər - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbən olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə dəyişiklik l oxunuşda qəbul edilib.

Milli Məclis Milli Məclis
Ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyənləşir

Ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyənləşir

Milli Məclis Milli Məclis
Sahibə Qafarova beynəlxalq konfransda Ermənistanın 30 illik işğal siyasətindən danışıb

Sahibə Qafarova beynəlxalq konfransda Ermənistanın 30 illik işğal siyasətindən danışıb

Milli Məclis Milli Məclis
Milli Məclisdə Ombudsmanın məruzəsi müzakirə edilir: "Səbinə Əliyeva nadir məmurlardandır ki, ictimaiyyətə açıqdır" - YENİLƏNİB-2

Milli Məclisdə Ombudsmanın məruzəsi müzakirə edilir: "Səbinə Əliyeva nadir məmurlardandır ki, ictimaiyyətə açıqdır" - YENİLƏNİB-2

Milli Məclis Milli Məclis
Azərbaycanda yaşayış sahələrinin satmaq öhdəliyilə kirayəyə verilməsi ƏDV-dən azad ediləcək

Azərbaycanda yaşayış sahələrinin satmaq öhdəliyilə kirayəyə verilməsi ƏDV-dən azad ediləcək

Milli Məclis Milli Məclis
Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir

Azərbaycan qanunvericiliyinə əhalinin ərzaq təhlükəsizliyi anlayışı əlavə edilir

Milli Məclis Milli Məclis
Milli Məclisin deputatları Latviya Seyminin üzvləri ilə görüşüblər

Milli Məclisin deputatları Latviya Seyminin üzvləri ilə görüşüblər

Milli Məclis Milli Məclis
MM “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunu təsdiqləyib

MM “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunu təsdiqləyib

Milli Məclis Milli Məclis
Qanunsuz tikilən obyektlərin kanalizasiya şəbəkəsinə qoşulmasının qadağan olunmasına dair layihə ilk oxunuşda təsdiqlənib

Qanunsuz tikilən obyektlərin kanalizasiya şəbəkəsinə qoşulmasının qadağan olunmasına dair layihə ilk oxunuşda təsdiqlənib

Milli Məclis Milli Məclis
Azərbaycan GUÖAM-la bağlı protokol sənədini təsdiqləyib

Azərbaycan GUÖAM-la bağlı protokol sənədini təsdiqləyib

Milli Məclis Milli Məclis
Milli Məclisin payız sessiyası başa çatıb, deputatlar tətilə çıxıb

Milli Məclisin payız sessiyası başa çatıb, deputatlar tətilə çıxıb

Milli Məclis Milli Məclis
Milli Məclisdə Bakının tıxac problemi qaldırılıb

Milli Məclisdə Bakının tıxac problemi qaldırılıb

Milli Məclis Milli Məclis
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr məlum olub - SİYAHI

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr məlum olub - SİYAHI