Bərdədə TIR-la iki maşın toqquşub, xəsarət alanlar var

Bərdədə TIR-la iki maşın toqquşub, xəsarət alanlar var

Bərdədə zəncirvari yol qəzası baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Bərdə-Ağdam avtomobil yolunda, Bərdənin Qarağacı kəndində qeydə alınıb. "Mercedes Benz" markalı TIR-la "BMW" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində "BMW" markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Nəsibov Nəsib Allahverən oğlu və 2003-cü il təvəllüdlü Nəcəfov Fariz Nurəli oğlu xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.