Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısının genişləndirilməsi təklif edilir

Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısının genişləndirilməsi təklif edilir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısına 35 fiziki və 2 hüquqi şəxsin əlavə edilməsi təklifini irəli sürəcək.

APA xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Qeyd olunub ki, bu addım Aleksey Navalnının cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə əlaqədar atılacaq.

Xatırladaq ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Navalnının cəzasını çəkdiyi Yamal-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında gəzintidən sonra halı pisləşib, o, huşunu itirib.