Məleykə Abbaszadə: İmtahanlarda qayda pozuntularında azalma müşahidə edilib

Məleykə Abbaszadə: İmtahanlarda qayda pozuntularında azalma müşahidə edilib

Buraxılış və qəbul imtahanlarında qayda pozuntularında azalma müşahidə edilib.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, 2015-ci ildə qəbul imtahanlarında pozuntular 3 faizə qədər idisə, 2022-ci ildə bu, 2 faizə düşüb:

"Buraxılış imtahanları üzrə isə pozuntular 2 faizdən 0,5 faizə qədər azalıb. İmtahanlarda köçürmə halları aşkarlanır. İmtahandan sonra aparılan araşdırmalardan sonra bu hallar üzrə çıxarılır və müvafiq tədbirlər görülür. İmtahanlarda adətən 5-10 belə hala rast gəlinir".