Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycanın milli komandası Maltanın paytaxtı Vallettada keçirilən Avropa çempionatında tarixi uğura imza atıb.

Federasiyadan "Birxeber.Az"a verilən məlumata görə, yığma yarışı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu göstərici Azərbaycan taekvondo tarixində son 15 ilin rekordudur.

Yarışın sonuncu günündə İlyas Hətəmli, Vasif Səlimov, Elcan Əliyev və Fuad Məhərləmli fəxri kürsüyə qalxıb.

37 kq kq çəki dərəcəsində qüvvəsini sınayan Hətəmli startda Ouen Haddaddan (Fransa) güclü olub. O, 1/4 finalda Pavle Svetkoviçə (Serbiya) də heç bir şans verməyib. Yarımfinalda Konstantinos Tsaqkournosu (Yunanıstan) məğlub edən taekvondoçu finalda Viktor Videla (İspaniya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Onun uğurunu 53 kq-da çıxış edən Səlimov da təkrarlayıb. O, Svyatoslav Moskovtsev (Estoniya), Stanislav Mitkov (Bolqarıstan), Nolhan Rosemont (Fransa) və Nüsrət Efe Çakıra (Türkiyə) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Qabriel Rosato (İtaliya) üzərində qələbə qazanan milli üzvü qızıl medala yiyələnib.

65 kq-da yer alan Əliyev ardıcıl olaraq, Bilgin Abdullah (Almaniya), Dimos Pistolas (Yunanıstan) və Nikola Vitkovici (Serbiya) məğlub edib. Finalda Ahmet Ceylana (Türkiyə) uduzan idmançı gümüş medalla kifayətlənib.

45 kq-dakı Məhərləmli debütdə Batu Özkanı (Almanya) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Artyom Roskaya (Moldova) da gücünü göstərən taekvondoçu yarımfinalda Kristos Bakaleksiklə (Yunanıstan) qarşılaşıb. Görüş rəqibin xeyrinə başa çatdığından, Məhərrəmli bürünc medal əldə edib.

Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub. Yığmanın heyətində daha öncə Zəhra İsayeva (29 kq) qızıl, Xuraman Cavadzadə (37 kq) gümüş, Mehdi Budaqlı (33 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, komandamız noyabrın 30-da Bakıya qayıdacaq.

Fərdi Fərdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Fərdi Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi Fərdi
Rəşad Rəsullu: "2028 və 2032-ci illərdəki olimpiadaların heyəti üçün işə indidən başlamışıq"

Rəşad Rəsullu: "2028 və 2032-ci illərdəki olimpiadaların heyəti üçün işə indidən başlamışıq"

Fərdi Fərdi
Azərbaycanın 31 məşqçisi IJF Akademiyasının imtahanından keçib

Azərbaycanın 31 məşqçisi IJF Akademiyasının imtahanından keçib

Fərdi Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi Fərdi
ACF prezidenti Yevlaxda region cüdoçuları ilə görüşüb

ACF prezidenti Yevlaxda region cüdoçuları ilə görüşüb

Fərdi Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

Fərdi Fərdi
Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı əhaliyə müraciət edib

Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı əhaliyə müraciət edib

Fərdi Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda qızıl medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda qızıl medal qazanıblar

Fərdi Fərdi
AMADA "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru" adlı tədbir keçirib

AMADA "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru" adlı tədbir keçirib

Fərdi Fərdi
Azərbaycan cüdoçularının Qran-pridəki ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Qran-pridəki ilk rəqibləri bəlli olub

Fərdi Fərdi
Mariya Stadnik doqquzqat Avropa çempionu olub

Mariya Stadnik doqquzqat Avropa çempionu olub