KİV: Ukrayna Qərb tanklarının məzarlığına çevrilib

KİV: Ukrayna Qərb tanklarının məzarlığına çevrilib

Ukrayna Qərb tanklarının məzarlığına çevrilib.

APA xəbər verir ki, bu barədə “The National Interest” nəşrinin dərc etdiyi məqalədə deyilir.

Nəşrin sözlərinə görə, ABŞ istehsalı olan “Abrams” tankları da digər hərbi texnika kimi döyüş meydanında məhv edilir və bir həftədən az müddət ərzində Rusiya Silahlı Qüvvələri 3 ədəd belə tankı məhv edib.

Həmçinin qeyd edilib ki, bir sıra hərbi ekspertlərin də rəyinə əsasən, 31 ədəd “Abrams” tankının Ukrayna ordusuna tədarük edilməsi döyüş meydanında vəziyyəti dəyişməyəcək. Həmin tanklar Britaniyanın “Challenger 2” və Almaniyanın “Leopard 2” tankları kimi döyüş meydanındakı dinamikanı Ukrayna ordusunun xeyrinə dəyişməyə kömək etməyəcək.

Həmin tankların hamısı bir-birindən fərqlənir ki, bu da Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin döyüş hazırlığını çətinləşdirir.