"Araz Vadisi İqtisadi Zonası"nda daha bir şirkətə rezident statusu verilib

"Araz Vadisi İqtisadi Zonası"nda daha bir şirkətə rezident statusu verilib

İqtisadiyyat Nazirliyi "ZF Group” MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verib.

"Birxeber.Az" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.

"Şirkət ərazidə müxtəlif çeşiddə yapışqan lentləri istehsal edəcək, investisiya dəyəri 1 milyon manat olan müəssisə yaradaraq 32 nəfəri daimi işlə təmin edəcək", - deyə nazir qeyd edib.