BDU-da Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq müzakirə olunub

BDU-da Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq müzakirə olunub

Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günləri çərçivəsində Bakı Dövlət Universitetində (BDU) bu ölkənin elmi ictimaiyyəti ilə görüş keçirilib.

“Report” xəbər verir ki, görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, bu ölkənin Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov və digər qonaqlar iştirak ediblər.

Universitetin rektoru Elçin Babayev tədbirdə bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycan və Özbəkistanın elmi ictimaiyyəti arasında mühüm dialoqu dəstəkləməyə hazırdır: “Yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan-Özbəkistan münasibətləri uğurlu iqtisadi əməkdaşlıq modelinə çevrilib və bu, iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsinə səbəb olub”.

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıqda vacib hadisələrdən biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşası təşəbbüsü olub.