Nigeriyada qəbilələrarası toqquşma olub, 40-dan çox insan ölüb

Nigeriyada qəbilələrarası toqquşma olub, 40-dan çox insan ölüb

Nigeriyada qəbilələr arasında toqquşma olub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Benue əyalətində qeydə alınıb.

Məlumata görə, toqquşma qonşu qəsəbənin bəzi sakinlərinə işgəncə verdiyinə görə qisas alan milis qruplarından birinin hücumundan sonra başlayıb.

Hadisə nəticəsində 40-dan çox adam ölüb.

Polis artıq hadisəni araşdırmağa başlayıb.