Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın Şimal bürosu xəbər verir ki, “Daewoo” və “Vaz 2107” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralananlar Şabran rayon sakinləri 55 yaşlı Əfqan Allahverdiyev və 44 yaşlı İ.Allahverdiyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.