Prokurorluq həkim-cərrahla bağlı bəraət hökmündən protest verib

Prokurorluq həkim-cərrahla bağlı bəraət hökmündən protest verib

Bəzi sosial media səhifələrində 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Birxeber.Az-ya bildirilib ki, Könül Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, təqsirli bilinərək, 3 min manat cərimə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən K.Sultanova barəsində çıxarılmış bəraət hökmündən martın 6-da dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.