Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb

Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb

Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

“Birxeber.Az” “Sputnik Armenia”nın teleqram kanalına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərin görə, “Zvarnots" hava limanında rusiyalı sərhədçiləri ermənistanlı hərbçilərin əvəzə etməsi üçün ölkəsinin hər cür imkanı var: “Hakimiyyətin mövqeyi belədir - Ermənistan sərhəd qoşunları hava limanında xidmət göstərməlidir”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, “Zvartnots”da sərhədçilərlə bağlı heç bir qərar olmayıb:

"Heç kim bizə bu qərarları rəsmi şəkildə çatdırmayıb".