Birxeber.az / Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb

Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb

6-03-2024, 17:40

Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

“Birxeber.Az” “Sputnik Armenia”nın teleqram kanalına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərin görə, “Zvarnots" hava limanında rusiyalı sərhədçiləri ermənistanlı hərbçilərin əvəzə etməsi üçün ölkəsinin hər cür imkanı var: “Hakimiyyətin mövqeyi belədir - Ermənistan sərhəd qoşunları hava limanında xidmət göstərməlidir”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, “Zvartnots”da sərhədçilərlə bağlı heç bir qərar olmayıb:

"Heç kim bizə bu qərarları rəsmi şəkildə çatdırmayıb".

Geri qayıt