DÇ-2022: Yaponiya - Kosta Rika oyununda ilk hissə başa çatıb
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda ilk hissə başa çatıb.
"Birxeber.Az"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyunu başlayıb.
"Birxeber.Az"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək Yaponiya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.
“Birxeber.Az”un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Yaponiya: 12. Şuiçi Qonda (q), 2. Miki Yamane, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 4. Ko İtakura, 6. Vataru Endo, 8. Ritsu Doan, 13. Hidemasa Morita, 15. Daiçi Kamada, 24. Yuki Soma, 21. Ayase Ueda
Kosta Rika: 1. Keylor Navas, 19. Kendal Vaston Manle, 6. Oskar Duarte, 15. Fransisko Kalve, 8. Brayan Ovyedo, 13. Gerson Torres, 17. Yeltsin Texeda, 5. Selso Borxes, 4. Keyşer Fuller, 7. Antoni Kontreas, 17. Joel Kempbell
Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürəcək.