Ötən il Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı açıqlanıb

2023-cü ildə 386 müəllifin (hüquq sahibinin) 713 əsəri qeydiyyatdan keçirilib.

Bu barədə “Report”a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, əsərin qeydiyyatı haqqında 717 şəhadətnamə verilib. Bu, 2022-ci illə müqayisədə 20% çoxdur.

O cümlədən, “Elektron xidmət” bölməsi vasitəsilə 324 müəllifin (hüquq sahibinin) 626 əsəri qeydiyyatdan keçirilib. Bu da 2022-ci il ilə müqayisədə 73% çoxdur.

2023-cü ildə Əqli Mülkiyyət Agentliyində əlaqəli hüquqların obyektləri kimi 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18 kompüter proqramı) qeydiyyata alınıb.

Ümumilikdə isə əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyə qədər Agentlikdə bütövlükdə 16 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.