Bakıda idman paradı keçirilib

Bakıda idman paradı keçirilib

“İdman həftəsi” çərçivəsində Bakıda idman paradı keçirilib.

“Report” xəbər verir ki, tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində baş tutub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əliyev çıxışı zamanı tədbir iştirakçılarını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardından parad açıq elan olunub. Rəsmi hissədən sonra müxtəlif idman növlərinin nümunəvi çıxışları nümayiş etdirilib.

12 rayonu təmsil edən gənclər paraddan keçiblər.