Şəhid ailəsi üzvləri anlayışının dəqiqləşdirilməsi təklif olunub

Şəhid ailəsi üzvləri anlayışının dəqiqləşdirilməsi təklif olunub

Yeni güzəştlərdə bir valideynini itirənləri də nəzərə almalıyıq.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, şəhid ailəsi üzvləri anlayışı dəqiqləşdirilməlidir: “Çünki şəhidin ailə üzvləri dedikdə müəyyən tənzimləmə var. Amma bizə müraciət edənlər adətən şəhidin qohumları olur. Ona görə bu anlayışa yenidən baxılsa, yaxşı olar”.

Deputat iki məktəbli arasında olan davanı da xatırladıb: “Bu məsələnin üstündən keçdik. Burada adətən valideyni günahlandırdılar. Bunu doğru hesab etmirəm. Məktəbdə davranış qaydalarının tətbiqinə xüsusi önəm verilməlidir. Hazırda bu qaydalar hansı formada işlənir, tətbiq olunur? Xüsusilə tərbiyə işinin gücləndirilməsi üçün xüsusi iş aparılmalı, tədbirlər planı hazırlanmalıdır. Çünki bu halların artmasını müşahidə edəcəyik. Təhsil çox həssas sahədir. Həm müəllimin nüfuzunun, həm məktəbin nüfuzunun qorunması üçün bu istiqamətdə səylərimizi gücləndirməliyik”.