Rusiyanın Baş naziri Bakıda xalça muzeyində olub

Rusiyanın Baş naziri Bakıda xalça muzeyində olub

Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda Azərbaycan Milli Xalça Muzeyində olub.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, Mişustini azərbaycanlı həmkarı Əli Əsədov müşayiət edib.

Bundan əvvəl iki ölkənin baş nazirləri danışıqlar aparıblar. Yekunda ölkələr arasında əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.

Rusiya Baş naziri Mixail Mişustinin Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcəyi gözlənilir.