Keçən il 6 adda yeni müdafiə təyinatlı məmulat yaradılıb

Keçən il 6 adda yeni müdafiə təyinatlı məmulat yaradılıb

Ötən il 47 mövzu üzrə təcrübi – konstruktor işləri aparılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən 6 adda müdafiə təyinatlı məmulatın yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub.

Birxeber.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Keçən il müdafiə təyinatlı məmulatların yaradılması işləri istiqamətində 13 mövzu üzrə təcrübi-konstruktor və 11 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilib.

Kamilla Kazımova