"Xınalıq" qoruğunda bərpa işləri aparılan evlərin sayı açıqlanıb

"Xınalıq" qoruğunda bərpa işləri aparılan evlərin sayı açıqlanıb

Ötən il “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu ərazisində bərpa işləri aparılan 19 evdən 10-unda işlər başa çatdırılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatında bildirilir.

Məlumata görə, Şəki Tarix Diyarşünaslıq Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Xınalıq Kənd Mədəniyyət Evi və “Kiş” Tarix-Memarlıq Qoruğunun elmi fondunda mövcud olan 370 ədəd maddi-mədəniyyət nümunəsində bərpa və konservasiya işləri aparılıb.

“Beşbarmaq dağı” Mədəniyyət və Təbiət Qoruğu ərazisində turizm infrastrukturunun yaradılması üçün layihələrin “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində 12 abidənin pasportunun hazırlanması işləri davam etdirilir.